Bu həftənin sonuna kimi Türkiyədə soyuq hava şəraiti müşahidə olunacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Egey, Ağdəniz, Şərqi və Cənubi Anadolu bölgələrində güclü yağış yağacaq, yağıntının miqdarı normadan artıq olacaq. Osmaniye, Hatay, Ardahan, Bitlis, Hakkari, Şırnak, Diyarbakır, Batman və Siirtdə yağışın intensiv xarakter alacağı bildirilir.
İstanbulda soyuq hava bir neçə gün davam edəcək, yollar buz bağlayacaq. Ankarada güclü qar yağacaq, şəhər bəyaz örtüyə bürünəcək. Dağlıq bölgələrdə qarın əriməsi sel təhlükəsini artırır. Antalya riskli bölgə elan olunub.
Meteorologiya Baş İdarəsi vətəndaşları ehtiyatlı olmağa çağırıb. Əhaliyə riskin yüksək olduğu ərazilərdə diqqətli davranmaq tövsiyə olunub.