Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəfat edib.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, hərbçimiz Ramiq Elxan oğlu Kərimov xidmətdən kənar vaxtda yüksək arterial təzyiq nəticəsində beyninə qan sızması səbəbindən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyi faktı təsdiqləyib.