ABŞ Hörmüz boğazına nəzarəti ələ keçirəcək və keçidlərin təhlükəsizliyini təmin edəcək.

Metbuat.az ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində belə deyib. O bildirib ki, Vaşinqton gələcəkdə boğazın idarə olunmasında da rol oynaya bilər. ABŞ lideri bu fəaliyyətə görə ödəniş alınmasının da mümkün olduğunu deyib. O vurğulayıb ki, ABŞ uzun illər Hörmüz boğazının təhlükəsizliyini təmin etsə də, bunun müqabilində heç bir gəlir əldə etməyib.

Tramp həmçinin İrana qarşı sərt siyasətin davam etdiriləcəyini bildirib. O, Tehranla əldə olunan razılaşmaların dəfələrlə pozulduğunu iddia edib.