"Real Madrid" və Vinisius Junior yeni müqavilənin əsas şərtləri üzrə ortaq məxrəcə gəlib.

Metbuat.az xəbər verir ki, razılaşmanın rəsmiləşdirilməsi məqsədilə yeni mövsüm öncəsi klub rəhbərliyi ilə futbolçu arasında yekun görüş keçiriləcək. Yeni anlaşmadan sonra braziliyalı ulduzun kapitanlıq iyerarxiyasında da yüksələcəyi və Federiko Valverdedən sonra ikinci kapitan statusunu daşıyacağı bildirilir.

Qeyd edək ki, Vinisius Junior hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.