Türkiyədə "Ahbap" Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində dərnəyin sədri, müğənni Haluk Levent barəsində saxlanılma qərarı çıxarılıb.
Metbuat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, qərar İstanbul Baş Prokurorluğunun "Ahbap" Dərnəyinə dair həyata keçirdiyi araşdırma çərçivəsində qəbul edilib.
Hazırda prokurorluq tərəfindən dərnəyin fəaliyyəti, eləcə də aparılan kibertəhlükəsizlik və maliyyə prosesləri ilə bağlı başladılan istintaq davam etdirilir.