Türkiyədə ABŞ dolları yenidən bahalaşıb. Bu gün qeydə alınan artım ekspertlər tərəfindən “təhlükə” kimi qiymətləndirilib.
Metbuat.az xəbər verir ki, ötən gün qonşu ölkədə 1 dollar 46,88 lirəyə satılıb. Bu gün isə 1 dollar alıcılara 46,98 türk lirəsinə təklif olunub.
Günün sonuna kimi dolların ən azı 2 tl də bahalaşaraq 47,00 olacağı gözlənilir.
Yerli iqtisadçılar bunu “təhlükə” kimi qiymətləndiriblər. Dolların bahalaşmasına səbəb kimi Ankarada keçirilən 36-cı NATO Zirvəsi göstərilir.