"Barselona"nın hücumçusu Rafinyanın gələcəyi ilə bağlı yeni transfer iddiası gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu braziliyalı futbolçunu heyətinə qatmaq üçün israr edir. İnsayder Fabrizio Romanonun məlumatına görə, Rafinyanın əsas istəyi Kataloniya təmsilçisində qalmaqdır.

Bildirilir ki, 29 yaşlı futbolçu bütün diqqətini "Barselona"dakı çıxışına yönəldib və klubunu dəyişmək niyyətində deyil.