Türkiyənin Muğla vilayətinin Köyceğiz rayonunda yaşayan 90 yaşlı Rabia Semet irəliləyən yaşına rəğmən iş əzmi və enerjisi ilə hər kəsi heyran qoyur.

Metbuat.az xəbər verir ki, 9 övlad və 50 nəvə sahibi olan bu fədakar qadın, gənclərin qibtə edəəcyi bir həyat tərzi sürərək hələ də istehsaldan qopmur.

O, hər səhər oyanaraq əlinə əlinə ağac dəyənəyini alıb təxminən 40 baş heyvandan ibarət keçi və qoyun sürüsünü otarmaq üçün meşəyə yola düşür. Günün böyük hissəsini təmiz havada, heyvanlarının ardınca addımlayaraq keçirən Rabia nənə, axşam saatlarında sürünü yenidən sağ-salamat geri gətirir.

Öz işini heç kimə möhtac olmadan, təkbaşına görməkdən qürur duyduğunu bildirən Rabia Semet, uzun və sağlam ömrünün sirlərini də bölüşüb. Heyvanlarını çox sevdiyini və bu işi ürəkdən görməsə, bu yaşda öhdəsindən gələ bilməyəcəyini vurğulayan “qoca çinar” ətrafdakı insanların onun bu gümrahlığına təəccüblə yanaşdıqlarını deyir. Sağlamlığını Allaha borclu olduğunu qeyd edən Rabia nənə, hər tapdığı yeməyi yemədiyini, az qidalanıb çox hərəkət etdiyini və məhz bu aktiv həyat tərzi sayəsində gümrah qaldığını bildirib.