Fransa və Ukrayna da daxil olmaqla 10 Avropa ölkəsi ballistik raket təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə Antiballistik Raket Koalisiyasının yaradıldığını elan edib.
Metbuat.az xəbər verir ki, bu barədə Parisdə Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi ilə keçirilən iclasdan sonra yayılan birgə bəyanatda bildirilib. Sənəd Danimarka, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç, Ukrayna və Böyük Britaniya liderləri tərəfindən imzalanıb. Bəyanatda qeyd olunub ki, tərəflər Avropaya qarşı artan ballistik raket təhlükəsini nəzərə alaraq müdafiə imkanlarının gücləndirilməsini zəruri hesab edirlər. Koalisiyanın əsas məqsədi Avropa ölkələrinin antiballistik müdafiə imkanlarını inkişaf etdirmək və bu sahədə əməkdaşlığı genişləndirməkdir.
Bəyanata əsasən, iştirakçı dövlətlər raketdən müdafiə sistemlərinin hazırlanması istiqamətində birgə layihələr həyata keçirəcəklər.