Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Metbuat.az xəbər verir ki, övlət başçısı ABŞ-İran arasında artan gərginliyə toxunaraq hərbi yanaşmanın region üçün ciddi risklər yaratdığını bildirib.
Metbuat.az xəbər verir ki, Prezident Ərdoğan qeyd edib ki, məsələyə yalnız hərbi prizmadan baxmaq alovu daha da gücləndirər və bunun heç kimə faydası olmaz. Onun sözlərinə görə, Yaxın Şərqdə artıq kifayət qədər qan, göz yaşı və müharibə var: “Türkiyə sülhün, əmin-amanlığın və əməkdaşlığın tərəfdarıdır”.
Ərdoğan vurğulayıb ki, fikir ayrılıqları diplomatik münasibətlərin təbii hissəsidir və dialoq həm Türkiyənin, həm də regionun maraqları üçün həyati əhəmiyyət daşıyır.
Ərdoğan deyib ki, silaha əl atmaq çıxış yolu deyil: ““Hərbi varianta üstünlük verilsə, bölgədə fəlakət olacaq”.