Yanvarın 8 və 9-da İrandakı etirazlarda 30 minə yaxın insan öldürülüb.
Metbuat.az xəbər verir ki, bu məlumatı “Time” jurnalı İran Səhiyyə Nazirliyindəki iki yüksək vəzifəli məmura istinadən yayıb. Bu, BMT-nin keçən həftə ölənlərlə bağlı açıqladığı rəqəmə yaxındır. Belə ki, BMT nümayəndəsi etirazlarda öldürülənlərin 20 mini keçə biləcəyini açıqlamışdı.
“Time” yazır ki, Reza Pəhləvinin çağırışından sonra yanvarın 8 və 9-da hökumət agentlərinin belə toplaya bilməyəcəyi sayda etirazçı öldürülüb. Jurnal hətta ölənlər üçün nəzərdə tutulan torba ehtiyatının belə tükəndiyini yazıb.
İran Səhiyyə Nazirliyindəki iki mənbənin sözlərinə görə, ölü sayı o qədər çox olub ki, təcili tibbi yardım maşınları onları daşımağı çatdıra bilməyiblər və bunun üçün də hökumət yük maşınlarından istifadəyə keçib.