İranda xalq etirazlarında ölənlərin sayı 500-ü keçdiyi iddia edilir.
Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi insan haqları təşkilatlarına istinadən məlumat yayıb.
Belə ki, İranda davam edən kütləvi etirazlar nəticəsində 500-dən çox insan həlak olub. 490 etirazçı və 48 təhlükəsizlik qüvvəsinin öldüyü təsdiqini tapıb.