[ 21 Aprel 2015 17:34 ]
Bakı. Fuad Cəfərov – APA. Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda “Ford” və "Mercedes" markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Xilasedicilər “Ford” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.