Sabah Azərbaycanda ilk Qədr (əhya) gecəsidir.
Metbuat.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 8-dən 9-na keçən gecəyə təsadüf edir.
İkinci Qədr gecəsi martın 10-də, üçüncüsü 12-si, sonuncusu isə 16-da olacaq.
Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.