Səudiyyə Ərəbistanı Peşəkar Liqasının ən titullu klublarından olan "Əl-Nassr"ın şərəfini qoruyan Kriştiano Ronaldonun futbolu buraxacağı tarix məlum olub.
Metbuat.az xəbər verir ki, xarici media bununla bağlı məqalə dərc edib. Ronaldonun "Əl-Nassr"la müqaviləsinin başa çatdığı 2027-ci ildə futbolla vidalaşacağı qeyd olunub.
Xarici media yazıb ki, "Əl-Nassr" rəhbərliyi portuqaliyalı ulduzun bu qərarı ilə razılaşmır. Ər-Riyad klubunun rəhbərliyi hesab edir ki, Ronaldo komandanı tərk edəndən sonra Səudiyyə Ərəbistanında futbola maraq azalacaq.
Klub rəhbərliyinin müqavilənin müddətini ən azı 1 il uzatmaq üçün 41 yaşlı futbolçunu dilə tutduğu iddia olunur.