Onun sözlərinə görə, ənənəvi olaraq insan haqları, söz azadlığı, demokratik azadlıqlardan bəhs edən üzdəniraq demokratlar indi də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Avropa Oyunlarında ölkəmizə gələcək iştirakçılara, turistlərə Azərbaycanın milli səhər yeməyi verilməsi ilə bağlı irəli sürdüyü layihəni hədəfə alıblar: "Əslində, bu, Qərbin bəzi dairələrinin Azərbaycana qarşı yürütdükləri məkrli siyasətin davamıdır. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "Azərbaycan brekfast" adlı layihənin həyata keçirilməsində əsas məqsəd ölkəmizə gələcək hər bir turistə milli mətbəximizin müxtəlif nemətlərini təqdim etməkdən ibarətdir. Dünya təcrübəsi göstərir ki, bütün turistlər getdikləri məkanlarda həmin ölkənin yeməklərindən istifadə edirlər. Bu layihə otellərə də tövsiyə olunacaq. I Avropa Oyunlarının keçiriləcəyi vaxt yaxınlaşdıqca, Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyənlərin gücü ancaq belə ürəkbulandıran yazılar çap etməyə çatır. Bizim bədxahların bütün cəhdlərinə baxmayaraq İlk Avropa Oyunları Azərbaycanda böyük uğurla keçiriləcək".
Milli.Az