ANS PRESS-in məlumatına görə, 20 yaşında olan Yan Tai adlı gənc qız 2 il əvvəl 45 kiloqram olub. Amma onun sevdiyi oğlan çox qısqanc olub və qızın çox gözəl olduğu üçün başqa oğlanlarının da diqqətini çəkdiyini görüb. Buna görə 25 yaşlı gənc çox qəribə bir üsula əl atıb.
You Pan adlı oğlan qızı çoxlu yemək yeməyə məcbur edib. O hətta bəzən gecələr qızı oyadıb ona yemək yedirdirdi. Nəticədə qız daha 40 kilo kökəlib. Bu yolla You Pan sevdiyi qızı başqa oğlanların baxışlarından qoruya biləcəyini düşünüb.
Amma gənc qız xarici görünüşünün pozulmasından və səhhətində problemlərin yaranmasından heç də narahat deyildi. Çünki sevgilisi bir neçə gün əvvəl ona şokoladlardan hazırlanmış bir çiçək buketilə evlənmə təklif edib. O, təklifi cütlüyün sevdiyi "Sultan" adlı türk restoranının önündə edib. You Pan Yan Taini bəsləməyə davam edəcəyini də deyib.










MənbəANS PRESS