Zərdab rayon sakini, 1990-cı il təvəllüdlü İntiqam Məmmədov qonşusu, 1974-cü il təvəllüdlu  Rza Bayramovun evindən oğurluq edib.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Seyidlər kəndində baş verib. Qonşusunun evdə olmamasından istifadə edən İntiqam Məmmədov mənzildən 900 manat pul və 1000 manat dəyərində  qızıl-zinət əşyalarını götürüb. Rza Bayramov evinə dönəndə oğurluq edildiyini bilib. O dərhal Zərdab Rayon Polis Şöbəsinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. İntiqam Məmmədovun sözlərinə görə,  oğurluğu gecə saatlarında edib və  həmin vaxt toydan içkili halda gəlib. Oğurladığı pullarla isə borclarını ödəmək istəyib. Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

İntiqam Məmmədovun digər cinayətlərdə iştirakının olub-olmaması və başqa məsələlərlə bağlı da araşdırmalar aparılır.

Milli.Az