Bakı, 21 aprel, AZƏRTAC
Rusiya Federasiyasının Soçi şəhərində I Ümumdünya Gənc Vətənpərvərlərin Oyunları keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, 32 ölkənin iştirak etdiyi oyunlarda Azərbaycan yığma komandası basketbol, voleybol, şahmat idman növləri üzrə təmsil olunub. Yüksək əzmkarlıq göstərən Azərbaycan yığma komandası ümumi komanda hesabında şahmat üzrə II yeri, basketbol və voleybol üzrə oyunlarda isə IV yeri tutub.
Həmçinin Soçidə I Avropa Oyunlarının təqdimat mərasimi də keçirilib. Mərasimdə digər ölkələrin nümayəndələrinə ölkəmiz haqqında geniş məlumat verilib və nümayəndə heyətlərinin rəhbərlərinə I Avropa Oyunları ilə bağlı suvenir və xatirə hədiyyələri təqdim edilib.