F.Axundov qeyd edib ki, Ermənistan ideologiyası saxta kitablar üzərində qurulub: "Uşaq nağıllarından başlayaraq ermənilər bütün kitabları saxta istiqamətə yönəldirlər. Ancaq indiki dövrdə virtual məkanda yeni texnologiyalar vasitəsilə böyük bir dönüş yaranr. Cənab prezidentimiz İlham Əliyev bu məsələyə çox böyük qiymət verir və hamını bu istiqamətdə bir olmağa çağırır ki, erməni saxtakarlığına dəyərli bir cavab verək".
Qondarma "erməni soyqırım"ı məsələsinə münasibət bildirən F.Axundov qeyd edib ki, ermənilər tarixi siyasiləşdirməyə çalışırlar. O vurğulayıb ki, heç bir siyasətçi elmə, tarixə təsir edə bilməz: "Hansısa siyasətçı tarixdən kənar bəyanatlar verməklə özünü yalnız biabır edir".
F.Axundov qeyd edib ki, bütün türk xalqları birləşərək erməni saxtakarlığına qarşı mübarizə aparmalıdır.
Milli.Az