““Karlsrue”nin çıxışını izləyirəm. Televiziya vasitəsilə tez-tez bu komandanın oyunlarına baxıram. Hazırkı heyətdə yaxşı futbolçular qərarlaşıb”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Karlsrue” klubunun keçmiş oyunçusu Günter Mets deyib.
Almaniya mətbuatına danışan 48 yaşlı məşqçi maraqlı fikirlər səsləndirib. O, söhbət əsnasında Azərbaycan yığmasının üzvü Dmitri Nazarov haqda da danışıb: ““Karlsrue”nin heyətində gənc və istedadlı futbolçular çoxluq təşkil edirlər. Məncə, bu komanda liqanın ən güclülərindən biridir. “Karlsrue”nin futbolçularından Dmitri Nazarov və Rey Yabonu daha yaxşı tanıyıram. Nazarov gənclik illərində mənim oyunçum olub. Potensialına yaxından bələdəm”.
Qeyd edək ki, “Kayzerslautern II”də Metslə birgə çalışmış Nazarov 2013-cü ildən “Karlsrue”nin formasını geyinir. 25 yaşlı yarımmüdafiəçi millimizdə isə ötən ildən çıxış edir.
Milli.Az
Milli.Az