Kəpəz TV (Region TV) xəbər verir ki, təmsilçilərimizdən Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Giri ilə sülh bağlayıb. Turnirdəki digər həmyerlimiz Rauf Məmmədov isə yarışın iki liderindən biri olan Uesli Soya məğlub olub. Dünya çempionu Maqnus Karlsen autsayder Maykl Adamsla, sabiq dünya çempionları Vladimir Kramnik Vişvanatan Anandla, Maksim Vaşye-Laqrav Fabiano Karuanayla xalları yarı bölüb.
20 aprel
IV tur
Aniş Giri (Hollandiya, 2790) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - 0,5:0,5
Uesli So (ABŞ, 2788) - Rauf Məmmədov (Azərbaycan, 2658) 1-0
Maykl Adams (İngiltərə, 2746) - Maqnus Karlsen (Norveç, 2863) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2783) - Vişvanatan Anand (Hindistan, 2791) - 0,5:0,5
Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Fabiano Karuana (İtaliya, 2802) - 0,5:0,5
“Shamkir Chess 2015” beynəlxalq turnirində bu gün növbəti turun oyunları baş tutacaq.
Azərbaycan şahmatçılardan Şəhriyar Məmmədyarov eks dünya çempionu Vladimir Kramniklə üz-üzə gələcək.
Rauf Məmmədov isə autsayder Maykl Adamsla qarşılaşacaq. Məmmədov qalib gələcəyi təqdirdə turnir cədvəlində mövqeyini yaxşılaşdıracaq.
Günün ən maraqlı mübarizəsində lider Uesli So Vişvanatan Anandla görüşəcək. Cədvəldə 2-ci olan dünya çempionu Maqnus Karlsen fransız Maksim Vaşye-Laqravın zəkasını yoxlayacaq. Fabiano Karuana isə Aniş Qiriylə münasibətlərinə aydınlıq gətirəcək.
21 aprel
V tur
Rauf Məmmədov (Azərbaycan, 2658) - Maykl Adams (İngiltərə, 2746)
Vişvanatan Anand (Hindistan, 2791) - Uesli So (ABŞ, 2788)
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - Vladimir Kramnik (Rusiya, 2783)
Fabiano Karuana (İtaliya, 2802) - Aniş Giri (Hollandiya, 2790)
Maqnus Karlsen (Norveç, 2863) - Maksim Vaşye-Laqrav (Fransa, 2716)
Turnir cədvəli: So - 3,5 xal; Karlsen – 3; Kramnik – 2,5; Vaşye-Laqrav, Anand - 2; Məmmədov, Qiri, Karuana, Məmmədyarov – 1,5; Adams - 1
Milli.Az