Qubada meşələri kim "sökür"? (VİDEO)
ANS TV-nin məlumatına görə, Quba sakini Şahin Qaffarov meşələrindəki vəziyyətlə bağlı həyəcan təbili verir. Meşələrin kütləvi şəkildə qırıldığını bildirən şikayətçi qanunsuz kəsimlərin qarşısını almaqdan ötrü rayona aidiyyatı qurumlar və hüquq-mühafizə orqanlarından ibarət xüsusi komissiya göndərilməsini tələb edir. Onun sözlərinə görə, rayonun Qəçreş, Alpan meşəçilik ərazisində fıstıq və palıd ağacları qırılaraq parket hazırlanması üçün sexlərə göndərilir.
Quba-İspik-Xınalıq yolunun üstündə yerləşən Qəçreş meşəçiliyinə aid olan ərazidə xeyli sayda təzə kəsilmiş fıstıq ağaclarını şahidi olduq. Diqqətimizi çəkən həm də avtomobil izi oldu ki, bu da burada tez-tez texnikanın işləməsindən xəbər verirdi.
Hazırda Qəçreş meşəçilik aid olan ərazisində təxminən 100-dən artıq fıstıq ağaçını, eləcə də seyrək şəkildə xeyli sayda palıd ağacları kəsilib.
Məsələ ilə bağlı Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyisi Malik Hüseynov bildirdi ki, meşənin həmin hissəsində ağacların kəsilməsinə qanuni şəkildə icazə verilir:
“Ümumrespublika üzrə Nazirlər Kabinetinin qərarı ilə yanacaq üçün məktəb və uşaq bağçalarına hər il bizim müəssisə tərəfindən 3-4 min kub metr arasında odun tədarük olunub satılır. Həmin ərazidə 2014-cü ilin istifadəsi üzrə seçmə səhiyyə növündən qırma sahəsi ayrılıb”.
Meşəbəyinin dediyinə əsasən, işin azlığından soniki ayda Şahin Qaffarovun əmək haqqı da az olduğuna görə, idarəyə qarşı belə ittihamlar irəli sürüb. Malik Hüseynov oxşar şikayətlərlə onun dəfələrlə müxtəlif instansiyalara müraciət etdiyini də bildirdi. Amma yerində araşdırma aparıldıqda dedikləri təsdiqini tapmayıb.
Məsələnin ciddiliyini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov bildiridi ki, dəfələrlə belə şikayətlərlə bağlı yoxlamalar aparılıb və hüquq-mühafizə orqanlarına müraciət edilib:
“Qeyd edim ki, həmin şəxslər vaxtı ilə Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində çalışıblar. Məhz qanunsuz ağac kəsmə hallarına yol verdiklərinə görə, tutduqları vəzifədən azad ediliblər. Meşələrin qorunması və mühafizəsi istiqamətində aparılan ciddi işlər nəticəsində son illər 2,5 dəfə azalıb. Təbii ki, qanunsuz işlər görmək istəyən insanlar isə bu cür, yəni şantaj yolunu seçiblər”.
Nazirliyin rəsmisi Quba rayonundakı faktın da bir daha araşdırılacağını qeyd etdi.
Mənbə
ANS TV: Aytəkin Alxaslı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06