Bakı, 20 aprel, AZƏRTAC
Puerto-Rikonun San Xuan şəhərində Dünya Boks Seriyasının (WSB) 13-cü turu çərçivəsində “Baku Fires” yerli “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, görüş Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Baku Fires” klubunun 49 kiloqram çəki dərəcəsindəki üzvü Rəsul Saliyevin rəqibi Antoni Ortiz rinqə çıxmadığı üçün Azərbaycan boksçusuna texniki qələbə verilib. Boksçularımızdan Jaba Xositaşvili (75 kq) və Abdulqadir Abdullayev (91 kq) də rinqdən qalib ayrılıblar.