"Yuventus" "Atletiko"nun müdafiəçisi Miranda ilə yaxından maraqlanır.

Metbuat.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Qoca Sinyora" yayda braziliyalını heyətinə qatmaq istəyir.

Mirandanın klubu ilə olan müqaviləsi növbəti mövsüm bitir. Müdafiəçi "Atletiko"nu tərk etməyin əleyhinə deyil.

Cari mövsümdə 31 matçda meydana çıxan Mirandanın aktivində 3 qol, 1 məhsuldar ötürmə var.