“Muharremoviç bizə qarşı 2011-ci ildə iddia qaldırıb. O, həmin iddiada klubdan 80 min dollara yaxın təzminat istəyib”.
Milli.Az xəbər verir ki, bunu apasport.az saytına “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Milli.Az xəbər verir ki, bunu apasport.az saytına “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
2011-ci ildə “Xəzər Lənkəran”a baxışa gələn Veldin Muharremoviç “ağ-yaşıllar”da debüt etmədən yola salınmışdı. Bosniya və herseqovinalı oyunçu daha sonra cənub klubundan FİFA-ya şikayət etmişdi.
Muharremoviç “Xəzər Lənkəran”a transfer qadağası qoyulduğunu bildirsə də, Hüseyn Cəbrayıloğlu bunu təkzib edib: “Həmin vaxt Muharremoviçin tələb etdiyi məbləğə klub rəhbərliyi tərəfindən heç kim imza atmayıb. Biz futbolçunun Avstriyada baxışda olduğunu və hətta komanda ilə səfərə getdiyini bilirdik. Amma sonda baş məşqçi ondan imtina etdi. 3 ildən sonra FİFA da onun maddi iddiasını təmin etmədi. O ki qaldı transfer qadağasına, adətən belə bir şey olanda FİFA rəsmi saytında açıqlama verir. Necə ki, keçən il “Barselona”ya, həmçinin illər öncə “Çelsi” və “Roma”ya qoyulan qadağalar barədə press-relizlər yayılıb. Belə bir açıqlama və ya kluba məktub olmayıb”.
Futbolçu “Xəzər Lənkəran”a qoyulan qadağaya görə, klubun qış və yay aylarında transfer etmək hüququndan məhrum olduğunu iddia edib. Cənublular bu ilin yanvarında oyunçu transferi etməsələr də, Cəbrayıloğlu bunun həmin məsələ ilə əlaqəsinin olmağını qeyd edib: “Deyirsiniz ki, klubun gəncləşdirilməsi qadağa ilə eyni vaxta düşüb. Məncə, qadağa olduğu zaman ilk növbədə oyunçuları komandada saxlamaq daha məntiqli olardı. Bizdə isə futbolçuların əksəriyyəti ilə yollar ayrılıb, heyətə gənclər qatılıb. Ona görə də bu paralelin aparılması, ümumiyyətlə, ağlabatan deyil”.
Milli.Az
Milli.Az