"Xəzər Lənkəran"ın baхışa çağırdığı ukraynalı futbolçu Andrey Saxneviç hələ də klubun düşərgəsindədi. Bu barədə Fanat.az-a klubun mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisi bildirib ki, Saxneviç komanda ilə birgə məşqlərə qatılaraq məşqçilər korpusunun etimadını qazanmağa çalışır. Onunla bağlı qərar həftənin sonunda veriləcək.
Qeyd edək ki, 182 sm boya malik olan Andrey Saxneviç 2005-2009-cu illər aralığında müvafiq olaraq, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub. O, 2013-2014-cü illərdə Zaporojye "Metallurq"unun heyətində 40 oyun keçirib, 1 qol vurub. Kiyev “Dinamo”sunun yetirməsi bu ilin əvvəlindən klubsuzdu.
Fanat.az