Mahendranın 35 yaşlı anası Sumitra və 40 yaşlı atası Mukeş indiyədək oğlanı 50-dən çox həkimə müayinəyə aparıblar. Lakin həkimlər Mahendraya heç bir diaqnoz qoya bilməyiblər. "Ərimlə mən fəhlə işləyirik. Həyatın bütün çətinliklərinə qarşı müqavimət göstərə bilirik. Amma oğlumuzun bu halı bizi pərişan edir. O heç nə etmir, ölü kimi bütün gün bir küncdə oturur. Əgər həkimlər onu sağalda bilmirlərsə, Allah onu alsa daha yaxşıdır", - deyən qadın ailələrinin köməyə möhtac olduqlarını da deyib.
Atası isə oğlunu müalicə etdirmək üçün qohum-əqrəba və tanışlarından borc pul yığıdığını deyib. "Doğumdan əvvəl həkimə getməyə ehtiyac duymadıq. Çünki ondan əvvəlki uşaqlarımız normal olub. Mahendra da o biri uşaqlarımız kimi evdə doğulub. Altı aylıq olanda başı aşağıya doğru əyilməyə başladı. Amma biz bunun səbəbini zəif olması ilə əlaqələndirdik. Daha yaxşı yeyərsə, düzələcəyini düşündük. Amma 3 yaşına qədər başı düzəlmədi və biz qorxmağa başladıq və oğlumuzu həkimə apardıq. Heç bir həkimdən müsbət cavab almayanda, Mahendranın həyatını asanlaşdırmaq üçün əlimizdən gələni etməyə başladıq" , - deyə atası bildirib.
Mahendranı müayinə edən həkim Şaşidhr Tatavarti Mahendrada çox nadir rast gəlinən narahatlıq - əzələ pozğunluğu olduğnu, daha dəqiq açıqlama üçün ümumi müayindəən keçməli olduğunu deyib.







MənbəANS PRESS