Qol.az-ın məlumatına görə, yarımfinalın ilk görüşündə "Arsenal" və "Ridinq" üz-üzə gəlib.
Matçın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran "Arsenal" rəqibini 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
Qeyd edək ki, digər finalçı bu axşam keçiriləcək "Aston villa" - "Liverpul" matçından sonra bilinəcək.
18 aprel
İngiltərə Federasiya kuboku, yarımfinal
"Ridinq" - "Arsenal" - 1:2Qollar: Sançez, 39 (0:1), Makklear, 54 (1:1), Sançez, 105+1 (1:2)
Milli.Az