Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 18-də futbol üzrə Avropanın aparıcı milli çempionatlarında növbəti turun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Super Liqasının 27-ci turunda “Karabükspor” 2:1 hesabı ilə “Gənclərbirliyi”ni məğlub edib. “Beşiktaş” komandası isə səfərdə “Kasımpaşa”nı darmadağın edib – 1:5.
Hazırda bir oyun artıq keçirən “Beşiktaş” 58 xalla turnir cədvəlində birincidir. Ondan bir oyun az keçirən “Qalatasaray” 58 xalla ikinci, “Fənərbaxça” isə 56 xalla üçüncüdür.
İngiltərə Premyer Liqasının 32-ci turunun mərkəzi görüşündə “Çelsi” doğma meydanda “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu 38-ci dəqiqədə Eden Hazard vurub. Turun digər qarşılaşmalarında isə aşağıdakı nəticələr qeydə alınıb: “Kristal Palas” 0:2 “Uest Bromviç Albion”, “Everton” 1:0 “Börnli”, “Leyçester Siti” 2:0 “Suansi Siti”, “Stouk Siti” 2:1 “Soutampton”.
Premyer Liqaya 76 xalla “Çelsi” liderlik edir. “Arsenal” 66 xalla ikinci, “Mançester Yunayted” 65 xalla üçüncü, “Mançester Siti” isə 61 xalla dördüncü pillədədir.
İspaniya La Liqasının 32-ci turunda da maraqlı qarşılaşmalar oynanılıb.
“Nou Kamp”da “Valensiya”nı qəbul edən “Barselona” rəqibi iki cavabsız qolla yola salıb. Katalanlar oyunun əvvəlində və sonunda seviniblər. Matçın 1-ci dəqiqəsində Luis Suarez, 90-cı dəqiqəsində isə Lionel Messi fərqləniblər. “Valensia”nın heyətində Daniel Parexo 10-cu dəqiqədə penaltidən fərqlənə bilməyib.
Tur çərçivəsində Madrid təmsilçiləri, əzəli rəqiblər olan “Real” və “Atletiko” da keçirdiyi oyunda qalib gəlib. “Atletiko” səfərdə “Deportivo La Korunya”nı 1:2, “Real” isə “Santyaqo Bernabeu”da “Malaqa”nı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Digər qarşılaşmada isə “Atletik Bilbao” “Getafe”ni dörd dəfə mərkəzdən başlamağa məcbur edib – 4:0.
Hazırda La Liqanın birinci pilləsində hesabında 78 xal olan “Barselona” qərarlaşıb. “Real Madrid”in 76, “Atletiko Madrid”in 69, “Valensiya”nın isə 65 xalı var.
İtaliya “A Seriyası”nın 31-ci turunda isə iki qarşılaşma keçirilib. “Sampdoriya” ev oyununda “Cesena”nın müqavimətini qıra bilməyib – 0:0. Lider “Yuventus” isə Turində 17-ci dəqiqədə Karlos Tevesin, 28-ci dəqiqədə isə Leonardo Bonuççinin qolları ilə 2:0 məğlub edib.
“A Seriyası”nında hesabında 73 xal olan “Yuventus”dan sonra növbəti sıralarda 58 xalla “Latsio”, 57 xalla “Roma” və 50 xalla “Napoli” qərarlaşıblar.
Fransa çempionatının 32-ci turunda isə “Nitsa” 1:3 “PSJ”, “Bastia” 1:2 “Reyms”, “Guinqamp” 1:1 “Evian Tonon Gaillard”, “Lorient” 0:1 “Tuluz”, “Metz” 3:1 “Lens”, “Monako” 1:1 “Renn” oyunları keçirilib.
Çempionata liderlik edən “PSJ”nin 65, “Lion”un 64, “Monako”nun 59, “Marsel”in 57 xalı var.