İspaniya La Liqasında 32-ci turun görüşləri davam edir.
Metbuat.az-ın xəbərinə görə, "Real" "Malaqa"nı qəbul edib. Hesabı Serxio Ramos açıb. 67-ci dəqiqədə Xames Rodriqes komandasının ikinci qoluna imza atıb. Qoldan 2 dəqiqə sonra Xuanmi fərqi azaltsa da, son anlarda Kriştiano Ronaldo səhnəyə çıxıb.
"Real" - "Malaqa" - 3:1
Qollar: Ramos, 24, Rodriqes, 67, Ronaldo, 90+2 - Xuanmi, 71
Qarşılaşmanın icmalını təqdim edirik.