Türkiyənin PTT 1-ci liqasında XXVIII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Rail Məlmkovun çıхış etdiyi "Dənizlispor" Cavid İmamverdiyevlə yollarını ayıran "Elazığspor"un qonağı olub.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rail Məlikov start heyətində yer alıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Dənizlispor" 28 turdan sonra 21 хalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Fanat.az