Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015" turnirində ikinci tura start verilir.
Metbuat.az-ın xəbərinə görə, bu gün ümumilikdə 5 görüş keçiriləcək. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Maqnus Karlsen, Rauf Məmmədov isə Aniş Qiri ilə münasibətlərinə aydınlıq gətirəcək.
İkinci günün proqramına nəzər salaq:
Maykl Adams - Fabiano Karuana
Maqnus Karlsen - Şəhriyar Məmmədyarov
Aniş Qiri - Rauf Məmmədov
Vladimir Kramnik - Uesli So
Maksim Vaşye-Laqrav - Vişvanatan Anand