Peruda arxeoloji qazıntı aparılan sahədə zibilikdən mumiya tapılıb. ANS PRESS-in məlumatına görə, tapılan qalıqların ən azı 900 yaşı var.

İlk görünüşdən tapılan qalıqların cinayətə qurban gedən birinə məxsus olduğu güman edilib.
Mumiya bir karton qutuya bənzər qablaşdırmanın içərisində olub. O, iplə sarılıb.

Onun İnq dönəminə aid olduğu güman edilir.

Mumiya zibil toplayan bir şəxsin marağı nəticəsində aşkarlanıb. O, zibillər qablaşdırmaya gedən zaman maraqlanıb və qutuya baxıb. Gördüyü qarşısında dəhşətə düşən şəxs onun qətlə yetirildiyini zənn edib.

Polis mumiyanın arxeoloji qazıntı sahəsindən oğurlandığını güman edir. Qarətçi onu daha sonra gəlib götürmək üçün zibilə atıb.

Mumiya e.ə salınan Çan Çan adlandırılan şəhərin ərazisində tapılıb. Chimu krallığı tərəfindən eradan əvvəll 850-ci ildə salınan şəhər 1470-ci ilə qədər qalıb.








Mənbə
ANS PRESS