Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, şəhərin Nəriman Nərimanov prospektində yaşayan, 1926-cı il təvəllüdlü Hüseyn Əsəd oğlu Sadıqov qarın nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.Gəncə şəhər sakini özünü bıçaqlayıb
H. Sadıqov əməliyyat olunub, vəziyyəti normal qiymətləndirilir.
O, xəstəxanada özü özünə bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı Gəncə Şəhər Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az