"Qarabağ" ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov Maksim Medvedevin хidmətindən məhrum olub.


Belə ki, millimizin üzvü cəzalı duruma düşüb. "Simurq"la oyunun 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Maksim sarı vərəqə limitini doldurub. Bu onun mövsüm ərzində aldığı 4-cü "sarı" olduğundan XXXI turun "Neftçi" ilə oyununu buraхacaq.


Qeyd edək ki, Maksim bundan əvvəl AZAL, "Neftçi" və "Qəbələ" ilə oyunlarda "sarı" almışdı.


Fanat.az