[ 17 Aprel 2015 13:06 ]



Bakı. Fuad Cəfərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 16-da Binəqədi qəsəbəsində Məryəm Namazovanın yaşadığı evdə qonşusu Azər Əfəndiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əfəndiyev tutulub