Putin "S-300"lə İranı əldə saxlamaq istəyir
Aprelin 15-16-da Moskvada səfərdə olmuş İranın müdafiə naziri Hüseyn Dehqan jurnalistlərə açıqlamasında da "S -300" -lə bağlı məsələdən danışıb: "Bu məsələ həll edilib. Müqavilə var. İndi raketlərin tədarükünün tarixi müzakirə olunur".
Xatırladaq ki, 2010-cu ildə Rusiyanın o vaxtkı prezident Dmitiri Medvedev bu qurğunun İrana tədarükünün dayandırılması haqda sərəncam imzalamışdı. Onda bu, BMT Təhlükəszilik Şurasının İrana tətbiq etdiyi sanksiyalarla əlaqələndirilirdi.
Cari il aprelin 13-də isə Rusiya prezindeti Vladimir Putin Tehrana "S-300" raketlərinin tədarükünə dair sərəncam imzalayıb.
Qeyd edək ki, 5 il öncə İran sövdələşəməyə əməl etmədiyi üçün Rusiyanı məhkəməyə verməklə hədələmişdi. Məhkəmə olub-olmadığı haqda xəbər çıxmasa da, Tehran rəsmiləri bir milyard dollara yaxın ödəniş etdikləri "S-300"ü Rusiyadan tələb edirdilər.
Rusiya prezidenti bu sərncamı hansı siyasi-hərbi şəraitdə imzaladı? Yəməndə döyüşlər qızışdıqdan təxminən bir ay sonra. Moskva bəyan edir ki, qurğu müdafiə xarakterlidir və Orta Şərq dövlətlərinin təhlükəsizliyini təhdid etmir, İran "S-300" ü hava hücumundan müdafiə məqsədilə tədarük edir.
Bunun daha çox bəhanə olduğu ilk baxışdan da görünür. Çünki 2010-cu ildə Ukraynada vəziyyət Rusiyanın əleyhinə deyildi, Avropa İttifaqı və ABŞ Kremlə qarşı sanksiya tətbiq etməmişdi. Digər tərəfdən Yəmənlə İran qonşu deyil. Fikrimizcə, Rusiya İraq və Suriyadakı İŞİD-i bəhanə etsəydi, daha ağılabatan olardı.
Odur ki, indki vəziyyətdə Rusiyanın İranla "S-300" sövdələşməsini yenidən gündəliyə gətirməsi aşağıdakı ehtimalları irəli sürməyə əsas verir:
- Rusiya Qərbə bu yolla təzyiq göstərir;
- Bununla Vladimir Putin Rusiya hərbi-sənaye kompleksini silah satışı ilə bağlı fəallaşdırmaq istəyir;
- Rusiya Yaxın Şərqdə varlığını qorumağa çalışır;
- Kreml İranın qərbə meyillənməsinə mane olmaq istəyir;
- Rusiya İranla müttəfiqliyini nümayiş etdirməyə səy göstərir;
- Moskva - Tehran münasibətlərini möhkəmləndirmək istəyir;
- Dünyanın silah bazarına mesaj yollayır;
- Silah ticarətində etibarlı tərəfdaş olduğunu sübut etmək istəyir v s.
İranın nüvə proqramı ilə bağlı razılaşmada Rusiya iştirak etsə də, bu yöndə oyunlar daha çox Qərblə İslam Respublikası arasında gedir. Bu baxımdan sanksiyalar ləğv olunacağı halda İranın Rusiyadan "S-300"dən başqa alacağı yoxdur. Ancaq sanksiyalar aradan qalxacağı halda Tehran Qərbdən milyard dollarlarını alacaq, əlavə olaraq, ölkə iqtisadiyyatına xarici sərmayə cəlb etmək imkanları qazanacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56