Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyularından sonra ən yaxşı futbolçulardan ibarət rəmzi komanda müəyyənləşib. Apasport.az saytının məlumatına əsasən, həmin 11-likdə daha çox “Barselona” və “Atletiko”nun üzvləri yer alıblar.
  
Heyət isə belədir: qapıçı (Yan Oblak, “Atletiko”); müdafiəçilər (Serxio Ramos - “Real”; Xavier Maskerano - “Barselona”, Diyeqo Qodin, Qilyerme Sikeyra - hər ikisi “Atletiko”); yarımmüdafiəçilər (Buskets - “Barselona”, Arturo Vidal - “Yuventus”, Tyaqo Alkantara - “Bavariya”); hüçumçular (Luis Suares - “Barselona”, Cekson Martinez, Rikardo Quarejma - hər ikisi “Porto”).

Milli.Az