Azərbaycanın ağır atletləri Tbilisidə keçirilən Avropa çempionatında 9 medal qazanıblar
Tbilisi, 17 aprel, AZƏRTAC
Azərbaycan idmançıları ağıq atletika üzrə Tbilisidə keçirilən Avropa çempionatında uğurlu çıxış ediblər. Atletlərimiz bu çempionatda müxtəlif hərəkətlər üzrə 7 qızıl və 2 bürünc medal qazanıblar.
Atletlərimizdən Valentin Xristov birdən qaldırma, təkanla qaldırma və qaldırdığı çəkinin ümumi göstəricilərinə görə 3 qızıl, Boyanka Kriştova birdən qaldırma, təkanla qaldırma və qaldırdığı ümumi çəkiyə görə 3 qızıl, Əfqan Bayramov isə təkanla qaldırmaya görə 1 qızıl medal qazanıblar.
Bu çempionatda 58 kiloqram çəki dərəcəsində qadın atletlər arasında mübarizə aparan B.Kriştova birdən qaldırma üzrə 109 kiloqramı asanlıqla başı üzərinə qaldıraraq Avropada 23 yaşadək olan yeniyetmələr, təkanla qaldırma zamanı 125 kiloqramın öhdəsindən gəlməklə böyüklər arasında yeni rekordlara imza atıb.
Atletlərimizin bu çıxışları idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilib.
Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycan bu çempionatda 6 atlet ilə təmsil olunurdu. Onlardan da üçünün Avropa çempionu olması və bir nəfərin bürünc medal qazanması böyük nailiyyətdir. Digər tərəfdən azərbaycanlı atletlər ümumilikdə 7-si qızıl olmaqla 9 medal qazandılar. Bu böyük uğura görə mən Azərbaycan xalqını və idmançılarını təbrik edirəm”.
Avropa çempionatına əsas maliyyə dəstəyi göstərən Azərbaycan “Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərov müxbirimizlə söhbətində deyib: “Bu çempionatda “Zirvə” klubunun da yetirmələri iştirak ediblər. Amma bizim üçün hansı klubun üzvünün qələbəsi deyil, ümumilikdə Azərbaycan atletlərinin qələbəsi vacib idi. İdmançılarımızın ümumi hesabda 9 medal qazanması çox böyük uğurdur. Bu həm də, ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısının nəticəsidir. İdmançılarımız bu qayğını qazandıqları medallarla qiymətləndiriblər. Qarşıda bizi daha böyük sınaqlar gözləyir. İnanıram ki, atletlərimiz dünya çempionatından da çoxlu medalla qayıdacaqlar”.
Çempionatın münsiflər heyətinin üzvü, Azərbaycanın Əməkdar İdman Xadimi, SSRİ İdman Ustası, dünya və olimpiya oyunları hakimi Vahid Nəzərov atletlərimizin “Bakı-2015” Avropa Oyunları ərəfəsində qazandıqları medalları böyük uğur adlandırıb. O deyib ki, bu medallar Bakıda keçiriləcək birinci Avropa Oyunları üçün yaxşı başlanğıcdır. “İnanıram ki, idmançılarımız həm Avropa Oyunlarında, həm də bu ilin payızında ABŞ-da keçiriləcək ağır atletika üzrə dünya çempionatında da böyük uğurlar qazanacaqlar”, – deyə V.Nəzərov vurğulayıb.
Bu mötəbər yarışın hakimlər heyətinin üzvü, Azərbaycanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim Azad Mustafayev deyib: “Bu çempionatda bütün atletlərin çıxışları beynəlxalq normalara və qaydalara uyğun olub. Azərbaycan atletlərinin heç birinin çıxışında qayda pozuntusu qeydə alınmayıb. Bu da atletlərimizin yarışa ciddi hazırlıqlarının və məsuliyyətlə yanaşmalarının, eləcə də yüksək intizamın göstəricisidir.
Qeyd edək ki, aprelin 16-da Azərbaycan atletlərinin Avropa çempionatındakı çıxışları başa çatıb.
Çempionat aprelin 18-dək davam edəcəkdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10