Azərbaycan Premyer Liqasının "Böyük oyun" adı verilən "Xəzər Lənkəran” – "Neftçi” (2:2) qarşılaşmasında əzmkar və möhtəşəm geri dönüşdən sonra istirahətə çəkilən cənublular dünən hazırlığa start verib.

ANS PRESS-in mədlumatına görə, "Xəzər Lənkəran” 5 günlük istirahətin ardından Lənkərandakı bazasında toplaşıb.

"Neftçi" ilə matçda ciddi zədə alan futbolçu olmasa da, Elşən Rzazadə, Alfred Sanko və kapitan Rahid Əmirquliyevin köməyindən "Qəbələ” ilə matçda yararlanmaq mümkün olmayacaq. Hər 3 futbolçu baş hakim Əliyar Ağayev tərəfindən göstərilən vərəqələr ilə cəzalı duruma düşüblər.

Qeyd edək ki, "Xəzər Lənkəran" XXX turu buraxacaq. Cənublular aprelin 25-də "Qəbələ" ilə növbəti turun ev matçına qədər hazırlığını doğma məkanda keçirəcək.
Mənbə
ANS PRESS