“Napoli”nin yarımüdafiəçisi Xose Kalyexon mövsümün sonunda klubla yollarını ayıracaq.

ANS PRESS-in mədlumatına görə, İspaniya milli komandasının üzvü yayda “Atletiko” klubuna transfer olunacaq.

Madrid təmsilçisi ilə ilkin danışıqlarda razılığa gələn 28 yaşlı futbolçu karyerasını La Liqada davam etdirmək qərarına gəlib. Cari mövsüm 30 oyuna çıxan Kalyexon rəqib qapılarından 10 top keçirib və bir məhculdarma qol ötürməsi edib.

Qeyd edək ki, “Atletiko” yarımmüdafiəçinin keçidinə görə “Napoli” klubuna 20 milyon avro ödəyəcək.
Mənbə
ANS PRESS