Birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycan–Polşa danışıq kitabçası nəşr edilib
Bakı, 16 aprel, AZƏRTAC
Birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycan–Polşa danışıq kitabçası nəşr edilib. Azərbaycanın Polşadakı səfirliyinin nəşr etdirdiyi kitabçanın ön səhifəsində səfir Həsən Həsənovun Avropa Oyunları iştirakçılarına müraciəti yer alıb.
Müraciətdə bildirilir ki, Azərbaycanın Polşadakı səfirliyi Polyak-Azərbaycan danışıq kitabçasının xüsusi nəşri təşəbbüsünü irəli sürərək Bakıda keçiriləcək I Avropa Oyunlarına, həmçinin bütün idman dünyasına öz kiçik töhfəsini vermək şərəfinə malikdir.
“Səmimi salamlarımızı xüsusilə polşalı qonaqlara: idmançılara, məşqçi qruplarına, onları müşayiət edən şəxslərə və jurnalistlərə ünvanlayırıq.
Ümid edirik ki, Azərbaycanın unikal abidələri, xalqımızın qonaqpərvərliyi və yüksək idman ruhu hər kəsdə unudulmaz təəssüratlar yaradacaq. Polyak-Azərbaycan danışıq kitabçası isə insanların ünsiyyət qurması və beynəlxalq dostluğun gücləndirilməsi baxımından çox faydalı olacaq”.
Kitab “Azərbaycan Polşa” seriyasında Polşadakı səfirliyin, Azərbaycan Dillər Universiteti və Varşava Universitetinin birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub. Kitab Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak məqsədilə ölkəmizə səfər edəcək nümayəndə heyətinin üzvlərinə hədiyyə edilib və Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10