"Ev yiyəsi evdən çıxdı, mən də arxa tərəfdən evə girdim"
Sumqayıtda hərbi xidmətə getməyə hazırlaşan gənc oğurluq etdiyi üçün saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış zamanı 18 yaşlı Teymur Həmzəyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı Teymur Həmzəyevin öz qonşusu - Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 54a ünvanında yaşayan Nərminə Xamiyevanın mənzilindən 1100 manat nağd pul və 2235 manatlıq qızıl-zinət əşyaları oğurladığı məlum olub.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxs oğurladığı qızıl-zinət əşyalarını cəmi 850 manata satıb.
Qeyd edək ki, Teymur Həmzəyev bir müddət qonşusunu izləyərək onun evə gəlib-getmə saatını dəqiqləşdirib. Teymur Həmzəyev qonşusu evdə olmayan vaxt mənzilə daxil olaraq oğurluq edib.
 
Teymur Həmzəyev: "Gördüm ki, ev yiyəsi evdən çıxdı, mən də arxa tərəfdən evə girdim.
Faktla bağlı Teymur Həmzəyev barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото