"Monako"nun müdafiəçisi Leven Kyurzava karyerasını İtaliyada davam etdirə bilər.

Metbuat.az "Fcinternews"a istinadən xəbər verir ki, "İnter" 22 yaşlı futbolçu ilə yaxından maraqlanır. Fransa millisinin üzvünün "Monako" ilə müqaviləsi 2018-ci ildə bitir.

Cari mövsümdə 33 matçda meydana çıxan Kurzava hansısa məhsuldar göstərici ilə yadda qalmayıb.