"Yuventus"un hücumçusu Karlos Teves vaxtından əvvəl komandanı tərk edə bilər.
Argentinalı daha öncə dəfələrlə karyerasını "Boka Xuniors"da bitirmək istədiyini dilə gətirib. Ancaq hamı bunun 1-2 il sonra baş verəcəyini düşünürdü.
Metbuat.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, Teves mövsümün sonunda "Yuventus"u tərk edib, vətəni Argentinaya qayıtmaq istəyir.
Yaxın günlərdə forvardın komandada qalıb-qalmayacağına aydınlıq gələcək.