"Daily Star" Bakı və qarşıdakı I Avropa oyunları haqqında məqalə yazıb
"Report" xəbər verir ki, bu barədə "Daily Star" jurnalında dərc edilən Bakı və I Avropa oyunlarına həsr olunan məqalədə deyilir.
"Şəhərin yeni və ən hündür binalarından olan "Flame Towers" kompleksinin ətrafında hər bir şey kiçik görünür. Gecələr göydələnlərin əyri fasadları böyük displeylərə çevrilir və burada möhtəşəm bir işıq şousu nümayiş olunur. Bu şəhər kökündən dəyişib və bunu hər kəs görməlidir", - məqalədə qeyd olunub.
Müəllif göstərir ki, Bakı bu gün iyunun 12-də başlayacaq və 20 müxtəlif idman növünü əhatə edəcək I Avropa oyunları ilə yaşayır.
Qarşıdakı oyunlarla əlaqədar ölkə infrastrukturunun inkişafı, Milli Gimnastika Arenası, Velopark VMX, Bakı Akvatika Mərkəzi, Atıcılıq mərkəzi, möhtəşəm Milli stadion və olimpiya şəhərciyi daxil olmaqla, bir sıra idman obyektlərinin tikintisi üzrə böyük tədbirlər həyata keçirib.
Müəllif, həmçinin qeyd edib ki, gələn il Bakıda "Formula-1" yarışları, 2017-ci ildə isə İslamiada oyunları keçiriləcək.
Onun fikrincə, şəhərin ən gözəl məkanlarından biri də Heydər Əliyev Mərkəzi və dam hissəsi bükülmüş xalçaya bənzəyən Xalça Muzeyidir.
"Xəzər dənizində süni adada dünyada ən hündür 189 mərtəbəli göydələnin tikilməsi planlaşdırılır", - müəllif yazıb.
Məqalədə vurğulanıb ki, yeni nailiyyətlərlə yanaşı əsl gözəllik Köhnə şəhərdə göz önünə gəlir: "Dar, daş döşənmiş və çox sayda küçə satıcıları və çayxanaları olan labirintə bənzər küçələr məni valeh etdi".
"Şərqin Qərblə qovuşduğu Bakı inkişaf edən şəhərdir", - müəllif qeyd edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56