Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə ilk oyununda (3:1) "Barselona"nın futbolçusu Andres İnyesta ciddi xəsarət alıb.
 
Qol.Az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi rəqibin oyunçusu Xavyer Pastore ilə toqquşmada belindən zədələnib.
 
Matçın 53-cü dəqiqəsində İnyestanı Xavi Ernandes əvəzləyib.
Futbolçunun zədəsinin ciddi olub-olmadığı bu gün keçiriləcək tibbi müayindən sonra bilinəcək.

Milli.Az