Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib
Bakı, 16 aprel, AZƏRTAC
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib.
Parisdə yerli “PSJ” komandası turnirin favoritlərindən olan “Barselona”nı qəbul edib.
Görüşün 13-cü dəqiqəsində Lionel Messinin fərqlənməsinə qapı dirəyi mane olsa da, beş dəqiqə sonra argentinalı ulduzun gözəl ötürməsini qola çevirən Neymar oyunda hesabı açıb - 0:1. Qarşılaşmada üstünlüyü ikinci hissədə də davam etdirən qonaqlar 67-ci və 79-cu dəqiqələrdə Luis Suarezin qolları ilə hesab arasındakı fərqi üç topa çatdırıb. Lakin üç dəqiqə sonra Qregori van der Viel parislilərin təsəlli qolunu vurub - 1:3.
Turun digər oyunu da maraqlı idman mübarizəsi şəraitində keçib. Doğma meydanda “Bavariya”nı qəbul edən “Portu” 3:1 hesabı ilə qalib gəlib. Oyunun 3-ü dəqiqəsində almanların qapısına təyin olunan on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Rikardo Quareşma 10-cu dəqiqədə dubl edib -2:0. Qarşılaşmanın 28-ci dəqiqəsində “Bavariya”nın heyətində Tiaqo Alkantara hesab arasındakı fərqi azaldıb. Lakin ikinci hissədə də inamlı oyun nümayiş etdirən “Portu” 65-ci dəqiqədə Cekson Martinezin qolu ilə 3:1 hesablı qələbəni rəsmiləşdirib.
Xatırladaq ki, 1/4 final mərhələsinin ilk iki oyununda “Yuventus” “Monako”nu 1:0 hesabı ilə məğlub etmiş, Madrid derbisində - “Atletiko” və “Real” komandaları arasındakı görüşdə isə qapılara qol vurulmamışdı.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10