Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən bütün klubların nümayəndələrinin qatıldıqları iclasda ölkə futbolunun inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
İclasda İntizam Komitəsinin üzvü Məlik Həsənov iştirakçıların suallarını cavablandırıb.